"İşsiz vətəndaşlara 190 manatın birdəfəlik yardımın verilməsi ilə bağlı əlavə məlumat veriləcək".
Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı 15 günlük sərt karantin rejiminin elan edilməsi ilə bağlı işsiz vətəndaşlara 190 manatın birdəfəlik yardımın verilməsindən danışarkən deyib. Fazil Talıblı bildirib ki, bu barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, koronavirisun yayılmasının qarşısının alınması səbəbindən ölkədə Operativ Qərargah tərəfindən yenidən 15 günlük sərt karantin rejimi tətbiq olunub. İqtisadçılar bununla bağlı işsiz kimi qeydiyyata alınan vətəndaşlara iki aylıq 190 manatın verilməsi təklifi ilə çıxış edib.
Xatırladaq ki, bundan öncə respublikada elan olunan karantin rejimi vaxtlarında aprel və may aylarında işsiz vətəndaşlara 190 manat yardım edilib.