USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda həftədə 3 min nəfər koronavirusa yoluxur

22.06.2020 İqtisadiyyat
0 0
Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qoyulan qaydalara ciddi əməl edilməlidir ki, bu sahə üzrə ixtisaslı həkimlər xəstəyə baxa bilməsi üçün yetərli olsun:

"Hazırda başqa ixtisas sahələrinin mütəxəssislərini bu işə cəlb edirik. Bu gün üçün tətbiq edilən sərt karantin rejimi ilə xəstəliyin qarşısı alınmasa da, heç olmasa yoluxma sayında azalmaya nail ola bilərik".