Dünyada turizm sektorunun gəlirləri COVID-19 pandemiyası səbəbindən cari ilin ilk dörd ayında 195 milyard dollar azalıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına əsasən, yanvar-aprel aylarında xarici ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb. 2020-ci ilin ilk dörd ayında bu göstərici 44 faiz aşağı düşüb. Bu da beynəlxalq turizm sektorundan gələn gəlirlərin təxminən 195 milyard dollar azalmasına səbəb olub.
Təşkilatın proqnozuna görə, bu il digər ölkələrə səyahət edən turistlərin sayı 850 milyondan 1,1 milyarda qədər, turizm sahəsinin gəlirləri isə 910 milyard dollardan 1,2 trilyon dollara qədər azala bilər.