USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın enerji xəritəsi dəyişəcək - RƏSMİ AÇIQLAMA

13.06.2018 İqtisadiyyat
0 0
"Dünyanın enerji xəritəsini dəyişdirəcək, enerji təhlükəsizliyini təmin edəcək Cənub Qaz Dəhlizi layihəsi artıq reallığa çevrilib"

"Kommersant"ın məlumatına görə, bunu bu gün keçirilən "Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi" beynəlxalq konfransında energetika nazirinin müavini Samir Vəliyev deyib. Onun sözlərinə görə, mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Əskişəhərdə Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı Azərbaycanın təşəbbüsü və liderliyi ilə irimiqyaslı layihələrin həyata keçirilməsi əzmini bir daha nümayiş etdirib.

O qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin bütün dörd mərhələsində birbaşa iştirak edən və maliyyələşdirən yeganə ölkədir: "Əlbəttə, layihəyə cəlb olunmuş hər bir ölkənin Cənub Qaz Dəhlizi ilə bağlı öhdəliyi var. Bu layihənin müəllifi kimi Azərbaycan öz öhdəliklərinə sadiqdir, onun layihənin uğurla tamamlanması ilə bağlı mövqeyi qətidir. Layihənin icrası qlobal maliyyə böhranı dövrünə düşsə də, bütün layihələr maliyyə problemi olmadan həyata keçirilib və bu proses davam etməkdədir".