USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təcili tibbi yardım TƏBİB-dən niyə alındı? - Nazirlə sədr arasında narazılıq

24.06.2020 İqtisadiyyat
0 0
Dünən axşamdan etibarən təcili və təxirəsalınmaz tibbi yardım xidməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

"Kommersant.az" xəbərb verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, dünən axşam saatlarında TƏBİB-in İdarə heyyətinin sədri Ramin Bayramlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq onun yerinə Cavanşir Fərəcov təyin edib.

Baş verən bu hadisə R. Bayramlı ilə səhiyyə naziri Oqtay Şirəliyev arasında anlaşılmazlığa səbəb olub. Nazir bu təyinatla bağlı öz narazılığını bildirib.

Beləliklə də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılıb, Rauf Nağıyev isə yenidən əvvəlki vəzifəsinə təyin edilib.

  • Əvvəlki

    Fazil Məmmədovun böyük həcmdə vergi borcu var - FAKT

Digər xəbərlər

04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0