USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch: FES 2018-də 4 dəfə faiz artıracaq

13.06.2018 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch", ABŞ Mərkəzi Bankının (Fed) bu il dörd dəfə faiz artıracağı proqnozunu verib.

"Kommersant" xəbər verir ki, "Fitch" qlobal inkişafın güclü olduğunu və ABŞ-da inflyasiya riskinin artmaqda olduğunu bildirib.

Çin haqqında isə "Fitch", bu ölkədə iqtisadi inkişafın gözləniləndən daha yaxşı qaldığını qeyd edib.

"Fitch", ABŞ-da inflyasiya artımının gözlənildiyindən daha kəskin olmasının mühüm qlobal risk olduğu barədə xəbərdarlıq edib.

"Fitch", 2018 və 2019-ci illər üçün qlobal inkişaf proqnozlarını qoruduğunuı bildirib.

Fed bu ilin Mart ayında faizi artırıb və bu gün ikinci dəfə artıracağı gözlənilir.