USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rusiya-Azərbaycan siyasi əməkdaşlığında hər şey sabitdir"

13.06.2018 İqtisadiyyat
0 0
“Rusiya və Azərbaycan prezidentləri iqtisadi, siyasi və humanitar əməkdaşlığının yüksək templə inkişaf etdiyini vurğulayıblar”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə dövlət başçıları Kremldə keçirilən görüşdə bildiriblər. "Ötən il bizim ticarət dövriyyəmiz 34,4 faiz artıb. Bu ilin birinci rübündə artım təxminən 19 faizdir. Bu, çox yaxşı tempdir və biz bunu dəstəkləməliyik. O ki qaldı siyasi əməkdaşlığa, burada da hər şey sabitdir. Parlamentlər xətti ilə daim təmaslar gedir. İctimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə çox şadam", - deyə V. Putin bildirib.

Azərbaycan prezidenti isə isə Rusiya liderini 12 iyun - Rusiya Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib: "Əminəm ki, çempionat da çox uğurlu keçəcək, bütün qonaqlar razı qalacaq. Mən də əlaqələrin inkişafından məmnunluğumu bildirmək istəyirəm. Gündəlikdə olan geniş məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün bu gün yaxşı imkan var".

İ. Əliyevin sözlərinə görə, iqtisadi əməkdaşlığı genişləndirmək üçün planlar mövcuddur. O, Azərbaycanla Rusiya arasında humanitar sahədə müsbət əməkdaşlığın olduğunu söyləyib.

  • Əvvəlki

    "Kərə yağının bahalaşması gömrük ilə əlaqəli deyil"

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Şifrələmə üsulları kifayət etməyəcək
0 0
23.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi bu gün də ucuzlaşdı
0 0