USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük, rəsmiləşdirməyə sərf edilən vaxtı minimuma endirməyi planlaşdırır

13.06.2018 İqtisadiyyat
0 0
Dövlət Gömrük Komitəsi (DGK) qanunvericilikdə gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutan düzəlişlər hazırlayır. Bunu komitənin Hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarov deyib.

"Təkliflər müzakirə mərhələsindədir və daha sonra rəhbərliyə təqdim olunacaq", - deyə o, bu gün jurnalistlər üçün "Azərbaycan Gömrüyü: bu gün və sabahın çağırışları" mövzusunda seminarda bildirib.

Şöbə müdirinin sözlərinə görə, düzəlişlər gömrük prosedurlarının sadələşdirilməsini və gömrük orqanlarının potensialının artırılmasını nəzərdə tutur.

"Gömrük prosedurlarının sadələşdirilməsi gömrük bəyannaməsinin tərtib edilməsi zamanı tələb olunan sənədlərin minimuma endirilməsinə kömək edəcək", - deyə S.Muxtarov əlavə edib.

İnterfaks-Azərbaycan