USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu iki şirkət ABŞ-ın milli təhlükəsizliyinə zərər verəcək şirkətlər elan olub

02.07.2020 İqtisadiyyat
0 0
ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCC) Huawei və ZTE şirkətlərini rəsmi şəkildə milli təhlükəsizliyə zərər yetirə biləcək təhlükə mənbəyi kimi təyin edib.

Bu barədə "bloomberg" məlumat verib . Bu məsələdə yeni məhdudlaşdırıcı proseslər dövlət subsidiyaları üçün nəzərdə tutulmuş 8.3 milyard dollarlıq büdcəyə sahib Universal Service Fund adlı proqramı əhatə edəcək. Bundan sonra ABŞ şirkətləri Huawei və ZTE-dən hansısa təchizatları və ya xidmətləri almaq üçün bu fonddan istifadə edə bilməyəcəklər.

Bu isə bütün ABŞ üzrə şəbəkə ilə çalışan təşkilatlar üçün təchizat və xidmətin yeganə alışı ilə subsidiyalaşdırma üsulu idi. FCC-nın sədri olan Ajit Pai qeyd edib ki, Huawei və ZTE şirkətlərinə qarşı bu cür qərarın qəbul edilməsi üçün onlar ciddi sübutlara sahibdirlər. Onun sözlərinə əsasən bu şirkətlər Çin qanunvericiliyinə tabe olduqlarına görə onlar Çinin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilərlər. Huawei və ZTE isə dəfələrlə bu cür bəyanatları təkzib ediblər.

"Bugünki əmrlərə və çoxlu sayda ciddi sübutlara əsaslanaraq FCC, Huawei və ZTE şirkətlərini ABŞ-ın əlaqə şəbəkələri üçün təhlükə mənbəyi kimi təyin edib. Biz, Çinin bizim şəbəkə boşluqlarından istifadə edərək əlaqə infrastrukturumuzu təhlükə altın atmağa imkan verməyəcəyik" - deyə FCC-nın bəyanatında qeyd edilib. Faktiki olaraq bu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhlükə mənbəyi olmaları hələn keçən ilin noyabr ayında deyilirdi. Görünür, FCC bu məsələdə bütün formal prosesləri sonlandıraraq yekun qərar çıxardıb. Huawei və ZTE hələ bu məsələ ilə bağlı fikir bildirməyiblər.

  • Əvvəlki

    Polis bu yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaq - Nəzarət gücləndirilir

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0