USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təəssüf ki, bu addımın atılması 2 ay gecikdirildi... - EKSPERT

03.07.2020 İqtisadiyyat
0 0
"Metropolitenin fəaliyyətinin tam, ictimai nəqliyyatın isə qismən (həftəsonu) dayandırılması qərarı düzgündür".

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev karantin şərtlərinin sərtləşdirilməsindən danışarkən deyib. Onun sözlərinə görə, hər iki nəqliyyat vasitəsi yoluxma üçün münbit şərait yaradırdı:

"Təəssüf ki, bu addımın atılması 2 ay gecikdirildi. Şənbə-bazar günləri iş yerlərinin fəaliyyətinin məhdudlaşdırılması hesabına ictimai nəqliyyata tələbatı azaltmaq olar. İndi qalır əsas gücü iri supermarketlərə yönəltmək. Bu ticarət obyektlərinə maskasız girişin qadağan olunmasına tam nail olunsa, yoluxma sayı əhəmiyyətli dərəcədə azalar".

Ancaq Samir Əliyev hesab edir ki, insanların yenidən evlərə məhkum edilməsi düzgün qərar deyil:

"İnsanlara sərbəst hərəkət imkanının yaradlması vacibdir. Bir də açıq havada maska taxılmasına məcbur edilməsi yolverilməzdir".

Qaynarinfo