USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

190 manatla bağlı - ŞAD XƏBƏR

06.07.2020 İqtisadiyyat
0 0
Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq.

"Kommersant.az" xəbər verir ki, birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə açıqlamasında bu dəfə 190 manatlıq müavinətin 287 min nəfərə veriləcəyini bildirib:

“Saha 8 şəhər və rayonumuzda sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb. “Ümumilikdə 16 şəhər və rayonlarımızda işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal məşğul şəxslərə 190 manat təmin ediləcək. Bu 16 rayon üzrə 287 min nəfərə ödəniş həyata keçiriləcək və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

  • Əvvəlki

    İqbal Məmmədova məxsus “Relax” ailəvi istirahət məkanı karantin qaydalarını pozdu

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0