USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Dəmir Yolları” nizamnamə kapitalını 100 mln. artıracaq

13.06.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılır.

"Kommersant" xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işarəvermə sisteminin yenidən qurulması ilə bağlı QSC-nin nizamnamə kapitalının artırılması üçün 100 mln. manat vəsait yönəldiləcək.

Bununla da “Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 12,4% artırılaraq 906 mln. 61 min 960 manata çatdırılacaq.

  • Əvvəlki

    “WhatsApp” və “Viber”ə yeni rəqib

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0