USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidir? - QAYDALAR

06.07.2020 İqtisadiyyat
0 0
COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib. Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir. Bütün bunlara baxmayaraq, pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil. Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir.

Yeri gəlmişkən, İqtisadiyyat naziri Mikayıl Cabbarov da son mətbuat konfransında bu barədə ciddi mesajlar verib. Pandemiyanın təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyən nazir bildirib ki, bu səbəbdən sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər: "İstər cəmiyyət, istərsə də sahibkarlar mövcud tələblərə uyğunlaşmalıdırlar. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir. Sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir".

Xüsusi karantin rejimində bir sıra iş və xidmət sahələrində işlər davam etdirilir. Bununla belə, insanların sağlamlığının qorunması baxımından, həmin məkanlarda sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vacibdir. Belə ki, sahibkarlıq subyektləri fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməlidir. Bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə: əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s. ilə təmin edilməlidir. Pandemiya şəraitində işini davam etdirən sahibkarlıq subyektlərində əməkdaşların qoruyucu vasitələrlə təmin eidlməsi ilə yanaşı bəzi məkanlarda ara məsafəsi saxlaması da vacibdir. İşçi heyət gigiyenik tələblərə əməl etməlidir. İş yerlərində sahibkarlar bu məqamlara xüsusi nəzarət etməlidirlər. Eyni zamanda, iş və xidmət sahələrində, spesifik xüsusiyyətlər nəzərə alınmaqla, profilaktik tədbirlər həyata keçirilməli, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalıdır.

Xatırladaq ki, may və iyun aylarında bəzi istehsal müəssisələrində işçilərin kütləvi virusa yoluxma halları aşkarlanıb və bu barədə rəsmi açıqlamalar verilib. Onların sırasında "Bakı Tikiş Evi" MMC, "Baku Steel Company" və digər iri şirkətlər vardı. Eləcə də banklarda, özəl tibb müəssisələrində işçilərin virusa yoluxması ilə bağlı məlumatlar yayılıb. Bütün bunlar onu deməyə əsas verir ki, sahibkarlar öz biznes subyektlərində çalışan əməkdaşların sağlamlığına səhlənkar yanaşmaqla öz işlərinə, son nəticədə isə iqtisadi inkişafa zərbə vurmuş olurlar. Bunun qarşısını almaq məqsədilə İqtisadiyyat Nazirliyi digər aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarəti gücləndirməyə çalışır.

Qeyd edək ki, virusa yoluxma təhlükəsi insanların daha çox toplaşdığı məkanlarda, o cümlədən ticarət obyektlərində, ictimai nəqliyyatda mövcuddur. Ona görə də həmin sahələrdə sanitar-epidemioloji tələblərə uyğun davranış qaydaları müəyyən edilib. Belə ki, ictimai nəqliyyatda xidmət aparan avtobuslar mütəmadi dezinfeksiya olunmalı, sürücülər qoruyucu maskalardan və xüsusi məhlullardan istifadə etməlidir. Eyni zamanda, maska istifadə etməyən sərnişinlərin avtobus salonlarına daxil olmasının qarşısını almalıdırlar. Burada sərnişinlərin də mühüm öhdəlikləri müəyyən edilib. Onlar xüsusi qoruyucu maskalardan istifadə etməklə yanaşı, sosial məsafənin gözlənilməsinə də riayət etməlidirlər. Yeri gəlmişkən, bu qaydalar ticarət obyektləri üçün də keçərlidir. Qaydalara əsasən, ticarət və xidmət obyektlərinə daxil olan vətəndaşlar qoruyucu vasitələrdən istifadə etməlidirlər. Obyekt sahibləri isə buna nəzarət etməli və qaydalara göz yuman vətəndaşlardan bunu tələb etməlidirlər. İçəri daxil olduqdan sonra isə obyektin daxilində çalışan və ya alış-veriş edən, xidmət alan şəxslərlə 1,5-2 metrlik fiziki məsafə gözlənilməlidir. Eyni zamanda, istehlakçıların sayına da məhdudiyyət qoyulub. Belə ki, fiziki məsafənin normaya uyğun təmin olunması üçün xidmət zonalarının sahəsinə mütənasib müştəri sayının qəbul edilməsi məqbul sayılır. Sahibkarlar ticarət obyektlərinə məhdudiyyətli girişin tətbiqinə nəzarət etməlidirlər. byektlə daxil olan vətəndaşlar girişdə dezinfeksiya məhlulları ilə təmin edilməlidir. Ticarət obyektlərində növbələr üzrə fiziki məsafələri müəyyən edən işarələrin quraşdırılması da mütləqdir. Kassa qarşısında yaranan növbələrdə məsafənin gözlənilməsi üçün döşəmələrdə stikerlər yapışdırılmalıdır. Eyni zamanda, obyektlərin giriş hissələrində və içərisində yoluxma hallarının qarşısının alınması, o cümlədən istehlakçılar arasında sosial məsafənin gözlənilməsi ilə bağlı məlumatverici lövhələr yerləşdirilməlidir.

Yeri gəlmişkən, sahibkarlıq subyektlərində sadalanan qaydalara əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyində 22 monitorinq qrupu yaradılıb. Onlardan 12-si Bakı şəhərində, 8-i iqtisadi rayonlarda, 2-si sənaye müəssisələrində fəaliyyət göstərir. Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılır.

  • Əvvəlki

    Türkiyə Azərbaycana tibbi yardım göndərdi - FOTOLAR

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0