USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Cənub Qaz Dəhlizi" çərçivəsində IGB interkonnektorunun tikinti tarixi açıqlanıb

13.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan qazının Bolqarıstana tədarükünü nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi 2018-ci ilin sonunda başlayacaq.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Bolqarıstan energetika nazirinin müşaviri Rozen Simitçev deyib.

Nazir müşaviri bildirib ki, ICGB layihə şirkəti tikinti işləri ilə bağlı tender prosedurlarının bu ilin ikinci yarısınadək başa çatdırılması üzərində çalışır:

"IGB-nin tikintisinin bu ilin sonunda başlaması və 2020-ci ilin birinci yarısında başa çatması planlaşdırılır. Layihənin ümumi dəyəri 220 milyon avro təşkil edir. Layihə artıq Avropanın enerji bərpa proqramı çərçivəsində 45 milyon avro, eləcə də Avropa struktur fondlarından 39 milyon avroya yaxın qrant əldə edib".

Qeyd edək ki, IGB TAP layihəsinə qoşulacaq və bunun vasitəsilə "Şahdəniz" yatağından qaz Avropa bazarlarına tədarük olunacaq.