Bu ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 29294,0 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən "Kommersant"a verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9%, informasiya və rabitə sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4%, sənaye, həmçinin digər xidmət sahələrində 0,9% artıb, tikintidə isə 11,2% azalıb.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.
ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,7%-i tikintidə, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub