USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynadan Azərbaycana dəstək: Ticarət mərkəzində bayrağımız işıqlandırıldı

20.07.2020 İqtisadiyyat
0 0
Ukraynada paytaxtı Kiyevdə Azərbaycana dəstək nümayiş etdirilib.

"Kommersant.az" xəbər verir ki, paytaxtın ən böyük ticarət mərkəzlərindən biri olan "Gulliver" Azərbaycan bayrağına bürünüb.

Bildirək ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edərək bəyanat yayıb. Nazirlik hər iki tərəfi vəziyyətin deeskalasiya olunmasına və münaqişənin həllini beynəlxalq hüquq və normalar çərçivəsində, o cümlədən, 1993 cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsas götürərək sülh yolu ilə tapmağa çağırıb. Ukrayna münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaq şərti ilə siyasi yolla həllinin tərəfdarıdır.