USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 197 Azərbaycan vətəndaşı Bakıya gətirildi - Fotolar

20.07.2020 İqtisadiyyat
0 0
İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan Yenisabah.az-a verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.