USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moldovada iki deputat koronavirusa yoluxub

20.07.2020 İqtisadiyyat
0 0
Moldova parlamentinin iki üzvü yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"RİA Novosti"nin verdiyi xəbərə görə, "Şor" partiyasının iki üzvü – İqor Ximiç və Vladimir Vityukun koronavirus testlərinin nəticələri pozitiv çıxıb.

Qeyd olunub ki, hər iki deputat ev şəraitində müalicə olunacaqlar.

Xatırladaq ki, Moldovada indiyədək COVID-19-a 20 980 yoluxma qeydə alınıb, virusa yoluxan 684 nəfər vəfat edib.