USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşinyanın Putindən xoşu gəlmir” - Musa Qasımlı

21.07.2020 İqtisadiyyat
0 0
İyulun 12-dən etibarən Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Tovuz istiqamətində atışmalar başlayıb. Nəticədə düşmənin çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Amma işğalçı ölkə ölənlərin sayını gizlədərək “gözdən pərdə asmağa” çalışır.

Ordumuzun qətiyyətli mübarizəsi, göstərdiyi şücaət cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əhval-ruhiyyəsi yaradıb. Xalqımız bir yumruq kimi birləşərək daim Ali Baş Komandanın yanındadır. Minlərlə vətəndaşın cənab Prezidentə müraciət edərək səfərbərlik istəməsi, torpaqlarımızı geri qaytarmaq yanğısı qürurverici haldır. Xalqımız birlik və həmrəylik göstərərək düşmən tapdağında olan ərazilərimizi azad etməkdə qətiyyətlidir.

Proseslə bağlı "Sherg.az"a danışan millət vəkili Musa Qasımlı bildirib ki, dövlətimizin bir nömrəli marağı işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsidir. Parlament üzvü vurğulayıb ki, dövlətimiz sərhəddə hər hansı bir iğtişaşın olmasının marağında deyil:

"Bizim bir marağımız var. O da torpaqlarımızın işğaldan azad etmək. Tovuzun sərhəd xəttindən sonrakı torpaqlar da bizim tarixi torpaqlarımızdır. Bunu hər kəs bilir".

"Nə üçün Tovuzda təxribat törədildi və düşmənin məqsədi nə idi?" sualına gəlincə, deputat bildirib ki, Ermənistan bununla diqqəti cəbhə xəttindən uzaqlaşdırmaq istəyirdi:

"Paşinyan cəbhə xəttindən diqqəti yayındırıb dövlət sərhəddinə gətirmək istədi. O, elə hesab edirdi ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu işə müdaxilə edəcək. Çünki müqavilənin maddələrində deyilir ki, üzv ölkələrdən birinə qarşı hücum olarsa, müqavilə iştirakçıları ona yardım edirlər. Paşinyan düşünürdü ki, bu ölkələr Ermənistana yardım edəcəklər. Amma KTMT iclasını təxirə saldı və Ermənistana yardıma gəlmədi".

M.Qasımlı qeyd edib ki, Ermənistan Rusiya ilə eyni təşkilatda olsa da, Rusiyaya nifrət edir:

"Bu gün Ermənistanda elə siyasət yürüdülür ki, orada rus məktəbi yoxdur. Paşinyanın Putindən xoşu gəlmir, ümumiyyətlə rus xalqına nifrət edir. Paşinyan hesab edirdi ki, Tovuzda bu iğtişaşı törədəcək və Rusiya ona yardıma gələcək. Amma KTMT-nin üzvü olan Rusiya yardım etmədi. Beləliklə düşmənin arzusu ürəyində qaldı. Bu arzunun ürəkdə qalmasının səbəbi isə cənab Prezidentimizin yürütdüyü siyasətdir".

  • Əvvəlki

    Bu tarixdə sərt karantin rejimi ləğv olunacaq - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0