Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih, OPEC-in gələn həftə keçiriləcək iclasda neft hasilatının mərhələli artırılmasına qərar verməsinin qaçılmaz olduğunu bildirib
Xalid Al-Falih, OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların gələn həftə Vyanada keçirəcəkləri iclasda neft hasilatının mərhələli olaraq artırılması məsələsində razılaşacaqlarını bildirib.
Əl-Falih, "Hər zamankı kimi doğru olanı edəcəyik. Mənə qalsa daha da əhəmiyyətli olan bazarı qane edən bir razılığa gələcəyik",- deyib.