USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən ABŞ-a cavab

24.07.2020 İqtisadiyyat
0 0
ABŞ-ın Çinin Hyustondakı baş konsulluğunu bağlaması qərarına Pekindən cavab gəlib.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, Çin hökuməti ABŞ-a ölkənin cənub-qərbində yerləşən Çınqdu şəhərindəki baş konsulluğunu bağlaması barədə təlimat verib. Çin Xarici İşlər Nazirliyi bu qərarı ABŞ-ın məntiqsiz həmləsinə qarşı lazımlı və qanuni cavab olaraq dəyərləndirib.

Qeyd edək ki, İyulun 22-də ABŞ administrasiyası Çinin Hyustondakı Baş Konsulluğunun 72 saat ərzində bağlanması haqda göstəriş vermişdi. Buna əsas kimi isə Çin diplomatik nümayəndəliyinin cəsusluq və əqli mülkiyyət oğurluğu mərkəzinə çevrilməsi göstərilmişdi.