USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dərslər sentyabrın 15-dən başlayır? - AÇIQLAMA

24.07.2020 İqtisadiyyat
0 0
“Valideynlərin öz övladlarını məktəbə göndərməklə bağlı müəyyən narahatlıqları ola bilər”.

"Kommersant.az" xəbər verir ki, bu fikirləri ölkədə növbəti dərs ilinin başlama tarixinin necə müəyyənləşəcəyini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi deyib.

Elçin Əfəndinin fikrincə, ölkədə koronavirusa yoluxma hallarında azalma tempi davam edərsə, orta və ali məktəblərdə dərslər öz vaxtında başlaya bilər

"Sentyabrın 15-də orta və ali məktəblərdə tədrisin bərpası planlaşdırılır. Əsas məqsəd ibtidai sinif şagirdlərinin öz müəllimələrini tanıması, şagird və tələbələrin dərs cədvəlləri ilə tanış olmasıdır.

Ali təhsil müəssisələrində isə 1-ci kursların deyil, 2, 3və 4-cü kurslarda dərslərin başlaması nəzərdə tutulur. Bu addımlar müvafiq şərtlər daxilində həyata keçiriləcək. Həmin şərtlərə şagirdlərin sinif otağında tək-tək oturmaları və məktəbə daxil olarkən, bədən temperaturlarının ölçülməsi daxildir. Bununla yanaşı, dərslərin başlamasından öncə təhsil müəssisəsi dezinfeksiya ediləcək və izolyasiya qaydaları tətbiq olunacaq.

Valideynlərin öz övladlarını məktəbə göndərməklə bağlı müəyyən narahatlıqları ola bilər. Lakin valideynlər mövcud vəziyyətdə anlayışlı davranmağa çalışmalıdırlar. Hər halda, Təhsil Nazirliyi və Operativ Qərargah öz məsuliyyətlərini tam başa düşərək, məktəblərdə müvafiq qaydalara riayət olunmasını təmin edəcək".Yenicag.az