USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus testindən keçənlərə 300 dollar veriləcək

24.07.2020 İqtisadiyyat
0 0
Avstraliyanın Viktoriya ştatında koronavirus pandemiyası ilə əlaqədar sakinlərə pul paylanacaq.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə regionun Baş naziri Deniel Endryus "Twitter" hesabında bildirib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, pandemiya dövründə koronavirus simptomları olan və ya onlarla rabitədə olan insanlar vəziyyətləri barədə məlumat vermirlər, özünütəcrid rejimindən imtina edirlər və qazanclarını itirmək qorxusuna görə işə gedirlər. Bununla əlaqədar, dövlət rəhbərliyi, COVID-19 testini keçəcək bölgə sakinlərinə 300 Avstraliya dolları (363 AZN) birdəfəlik ödəmə elan edib. Bu məbləğ test nəticələrini gözləyən şəxsin evdə oturduğu dövrdə zərərini kompensasiya edəcək.

Testin nəticələri müsbət çıxarsa, həmin şəxsə məcburi təcrid dövründə gəlir çatışmazlığını ödəmək üçün əlavə olaraq 1 500 avstraliya dolları (1 816 AZN) veriləcək.Azerforum