USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AQTA 80 obyektdə pozuntular aşkarladı

26.07.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən iyulun 24-ü Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 176 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 80-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Fərid", "Star", "Qaqo", "Şirin", "Panda", "Qardaşlar", "Kübar" marketlər, Əliyev Mübariz Həsən oğluna, Rüstəmova Qəmzə Hacı qızına, Salmanov İsi Məhərrəm oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhərində "Rafiq" və "El" marketlər

Şabran rayonunda "Rəhimli" kafe, Cavadov Gündüz Qənbər oğluna, İsmayılov Taleh Hacı oğluna, Əliyev Tural Fizuli oğluna məxsus kafelər, İsayeva Maidat Azər qızına məxsus şirniyyat mağazası

Xaçmaz rayonunda Hüseynov Ramin Şəfayət oğluna, Hüseynov Yavər Həzrət oğluna, Əhmədov Murad Hakim oğluna, Şərifov Kamal Mahmudağa oğluna, Burcəliyev Mövlan Gəncəli oğluna məxsus ət satışı mağazaları

Neftçala şəhərində Abdullayev Mehman Akif oğluna məxsus ərzaq mağazası, İbrahimov Rafiq Müstəcəb oğluna məxsus kafe

Salyan rayonunda Rüstəmov Nazim Cavanşir oğluna məxsus ərzaq mağazası

Şirvan şəhərində Qafarov Qismət Ağaşirin oğluna və Hüseynov Şahin Sayadxan oğluna məxsus ərzaq mağazaları

Sabirabad rayonunda Əkbərov Vasif Rasim oğluna və Nuriyev Vüqar Ağahəsən oğluna məxsus ərzaq mağazaları

Göyçay rayonunda Məmmədov Qəşəm Şərif oğluna, Nəbiyev Elnur Qara oğluna, Dəmirov Loğman Hacı oğluna, Xudaverdiyev Azər Zülfü oğluna, Əliyev Abit Rəfail oğluna məxsus ərzaq mağazaları

Şamaxı rayonunda "Şirvan", "Şam", "Şirvansaray", "Xarı bülbül", "Dədə qorqud", "Qoşa bulaq" restoranları, Feyzullayev Tofiq Feyzulla oğluna məxsus yeməkxana, Həsənov Xalid Mirdamət oğluna, Nuraliyev Səməd Ramiz oğluna məxsus kafelər

İsmayıllı rayonunda Qəribov Hakim Səlim oğluna, Əliyeva Sevda Ağahüseyn qızına, Qasımov Fizuli Nəbi oğluna və İsgəndərov Orxan Elxan oğluna məxsus kafelər, Səbirli Vüsal Qalib oğluna məxsus restoran, Abdurazaqov Asif Yusif oğluna, İsmayılov Vüsal Nüsrət oğluna, Babayeva Asudə Həsənalı qızına, Hacıyev Səbuhi Nadir oğluna məxsus ərzaq mağazaları

Mingəçevir şəhərində "Çinar", "Lalə", "Sahibkar", "Asan" marketlər, Rzayeva Zümrüd İbrahim qızına, Əliyeva Vəfa Cəlal qızına, Həbiliyev Amil Sədrəddin oğluna məxsus ərzaq mağazaları

Lənkəran şəhərində "555" və "Xəzər" kafelər

Yardımlı rayonunda "Sərvin" kafe, Nuriyev Seyfəddin Yadulla oğluna məxsus kafe

Biləsuvar Yusubov Mehman Yusub oğluna, Mirişov Xudaşükür Xudu oğluna məxsus ət satışı mağazaları

Gəncə şəhərində "Güllər", "Hiper Əminə", "Bolmart", "Zəhmət" marketlər

Goranboy rayonunda Həşimov Zahəddin Məhəmməd oğluna, Zeynalova Gülüş Yunis qızına məxsus ərzaq mağazaları və "Göyçə" market

Şəmkir rayonunda "Uğur", "Çinar", "Görüş", "NZS" kafelər, "Sərxan", "Bizim" marketlər, Musazadə Rauf Ramiz oğluna məxsus ərzaq mağazası

Ağstafa rayonunda "Gülül" kafe

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Əvvəlki

    Buraxılış və qəbul imtahanlarının nəticələri açıqlanıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0