USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada hamı üçün pulsuz test

27.07.2020 İqtisadiyyat
0 0
Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusa yeni yoluxma hallarının artması ilə bağlı narahatlığını bildirib və arzu edən hər kəs üçün testin xərcinin hökumət tərəfindən ödəniləcəyini vəd edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb. "Hələlik ikinci dalğanın gəlməsindən danışmaq olmaz, lakin bir neçə gündür pozitiv çıxan analizlərin sayı durmadan artır. Halbuki son 13 həftədə azalma gedirdi. Kütləvi yoxlamaların gedişində hazırkı xəstələrin birinci dalğa zamanına nisbətən gənc olduqları üzə çıxdı. Simptomsuz halların miqdarı olduqca çoxdur", - deyə nazir vurğulayıb.

Son məlumatlara görə, Fransada pandemiyanın başlanğıcından bəri 180 mindən çox yoluxma halı aşkarlanıb. Hazırda hər gün mindən yuxarı yoluxma qeydə alınır. Ölkədə indiyədək 30 min 192 nəfər koronavirus səbəbindən həyatını itirib.

Azərtac

  • Əvvəlki

    Daha 201 azərbaycanlı Moskvadan Bakıya gətirildi - FOTOLAR

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0