USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

14.06.2018 İqtisadiyyat
0 0
Avropa Mərkəzi Bankının (AMB) İyun ayı iclasında gözlənildiyi kimi şərtlərdə dəyişiklik edilmədi.

"Kommersant" xəbər verir ki, AMB, uçot dərəcəsini 0.00 faiz səviyyəsində, depozit faizi də mənfi 0.40 faiz səviyyəsində saxlayıb.

AMB tərəfindən verilən açıqlamada pul siyasətində istiqraz alışı proqramına dair cümlə dəyişdirilib; Bank istiqraz alışlarını Dekabr ayının sonuna qədər davam etdirəcək. 30 milyard avroluq istiqraz alışı Sentyabrın sonuna qədər davam edəcək.

Açıqlamaya görə, Oktyabrından Dekabr ayına qədər aylıq alışlar 15 milyard avro olacaq; Xalis alışlar Dekabr ayının sonuna qədər başa çatacaq.

AMB, xalis alışlar başa çatdıqdan sonra daha bir müddət yenidən alışlara davam edəcək. Bank, aktiv alışları barədə qərarın məlumat axınına bağlı olduğunu vurğulayıb.

Bank, mövcud faizlərin (uçot dərəcəsi, depozit faizi) ən azı 2019-cu ilin yazına qədər mövcud səviyyələrdə qalacağını bildirib.

Avro/dollar məzənnəsi, AMB-nin açıqlamasından sonra geriləyib (Avro ucuzlaşıb, Dollar bahalaşıb). Gün ərzində 1.1851 səviyyəsinə qədər qalxan məzənnə, qərardan sonra saat 16:10-da 0.55 faiz minusda 1.1722 səviyyəsindək düşüb.