Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb.
"Kommersant.az" unikal.org-a istinadən xəbər verir ki, O.Şirəliyevin əmri ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub.