Azərbaycanın bəzi şəhər və kəndlərində suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
"Kommersant.az" xəbər verir ki, "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Məlumatda bildirilir ki, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.