USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolların ucuzlaşması Azərbaycana necə təsir edəcək?

28.07.2020 İqtisadiyyat
0 0
"Dollar avro qarşısında ucuzlaçdıqca, avronun məzənnəsi dünyada qalxdıqca manatın da məzənnəsi dollar sabit olduğu üçün qalxmağa başlayıb".

"Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 1 avronun satışının 2 manatı keçməsindən danışarkən deyib. Ekspert bildirib ki, dolları zəiflətmək üçün FED sisteminin bilərəkdən bəzi addımlar atdığının şahidi oluruq:

"Əslində iqtisadiyyatı güclü olan ölkələr ixrac potensialına görə öz milli valyutalarının az da olsa dəyərdən düşməsində maraqlı olurlar. Bu, həmişə ixracatı stimullaşdıran addıma çevrilir. Son zamanlar Amerikada dolların ucuzlaşması, avronun isə dünyada bahalaşması Avropa məkanından Amerika mallarına marağı artırıb. Sifarişlərin də son bir həftədə artığını görürük. Bu da Amerika iqtisadiyyatına əlavə bir stimul yarada bilər. Ona görə də həm obyektiv səbəblər, həm də subyektiv olaraq bilərəkdən FED sistemi bəzi addımlarla böyük təklif paketləri ilə çıxış edir. Amerikada ən böyük təklif paketləri icra olunmağa başlanılıb. 4,7 trlyon dollarlıq paket artıq işləyir. Bu həftədə isə 1 trilyon dollarlıq əlavə paket olacaq. Bu o deməkdir ki, dollar lap çox çap olunacaq. Bu da dolların ucuzlaşmasına səbəb olub".

Natiq Cəfərlinin fikrincə, bunun Azərbaycana dolayı təsirləri var:

"Bizdə məzənnə inzibatidir. Bazar iqtisadiyyatı qanunları işləmir, məzənnə inzibati qaydada tənzimlənir. 3 ildir ki, dollar-manat məzənnəsi əsas götürülərək sabitləşdirilib. 1 dollar 1 manat 70 qəpik səviyyəsində inzibati qaydada sabit məzənnə rejimində fəaliyyət göstərir. Ona görə də dollar dünya valyutaları qarşısında dəyər qazananda, ya itirəndə onun çarpaz məzənnə üsulu ilə hesablanaraq manatın digər valyutalar qarşısında məzənnəsinə təsir göstərir. Dediyim kimi, dolların məzənnəsinə dəyilmir, toxunulmur, sabit saxlanılır. Dollar digər valyutalara qarşı dəyərini ya itirsə, ya qazansa, bunun manatda öz əksini tapdığının şahidi oluruq. Son zamanlar baş verən proses bununla izah olunur".

  • Əvvəlki

    Abdin Fərzəliyevi Əli Həsənova nə bağlayır?

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0