Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub.
"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Rəşad indiyədək AzTV və İTV-də "Səhər proqramları" departamentinin direktoru, "Telesəhər", "Yeni Gün" səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda "Xəbərlər" və "Carçı" informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.