Dövlət Statistika Komitəsindən "Kommersant"a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Qazaxıstandan Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 173% artıb.
Belə ki, 2018-ci ilin I rübündə bu ölkədən Azərbaycana idxal olunan malın dəyəri 48,030.01 min dollar idisə, 2017-cı ilin I rübündə bu rəqəm 17,581.76 min dollar təşkil edirdi.