USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin 5 ayında 351 mln. manat sığorta haqqı toplanıb

14.06.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350,8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Kommersant"a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 255,4 mln. manat, ödənişlər isə 69,8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95,4 mln. manat, ödənişlər isə 27,7 mln. manat olub.

2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.