“ABŞ Prezidenti Donald Tramp ikinci müddətə prezident seçilməyə çalışan mənəviyyatsız Ağ Ev rəhbəridir”.
"Kommersant.az" xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton "El Pais" qəzetinə verdiyi müsahibədə deyib.
"Düşünürəm ki, Donald Tramp növbəti dəfə prezident seçilmək üçün ABŞ-a yox, məhz özü üçün sərfəli maraqlara xidmət edən mənəviyyatsız prezidentdir", - deyə C.Bolton qeyd edib.
Qeyd edək ki, C.Bolton vəzifəsindən kənarlaşdırılandan sonra ABŞ-ın hazırkı prezidentinə qarşı sərt açıqlamaları ilə gündəmə gəlir.