USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtda təmir olunacaq məktəblərin SİYAHISI açıqlandı

14.06.2018 İqtisadiyyat
0 0
2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmir və bərpası nəzərdə tutulur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Kommersant"a verilən məlumata görə, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.

Hazırda 10 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazilərdə 4 yeni məktəbin inşasına start verilib. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.