USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan rayonlara gediş-gəlişlə bağlı qərar verildi

03.08.2020 İqtisadiyyat
0 0
Rayonlardan Bakıya gediş-gəlişlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Operativ Qərargahın bu gün açıqladığı qərarda qeyd olunub:

"Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə qalacaq".