USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hesablama Palatası büdcə zərfinə dəyişikliklərə rəy verib

04.08.2020 İqtisadiyyat
0 0
Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutub.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, iclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.

Rəylərin Milli Məclisə təqdim edilməsi qərara alınıb.