USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir olub

14.06.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən "Kommersant"a verilən məlumatına görə, bayram münasibətilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən nazir Muxtar Babayev qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.

Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub: "Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb".

Tədbirin sonunda nazirliyin işçilərinin peşə bayramı ilə əlaqədar ölkə prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı ilə təltif olunan əməkdaşlara mükafat, ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən işçilərə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı təqdim edilib.

  • Əvvəlki

    Qızıl-gümüş bazarı bayram ərəfəsində bahalaşdı

Digər xəbərlər