USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda doğulan qızların sayı azalsa da, qadınların sayı kişiləri üstələyir

14.06.2018 İqtisadiyyat
0 0
Son illər ərzində Azərbaycanda doğulan qızların sayı oğlan uşaqlarının sayından az olsa da, ümumilikdə ölkə üzrə cins nisbətində qadınların sayı kişiləri üstələyir.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməlidir. Lakin hazırda Azərbaycanda yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hər 100 doğulan qıza 113 oğlan düşür.

2015-ci ildə Azərbaycanda bu göstərici 117, 2016 və 2017-ci illərdə 114 olub.

Ölkədə hər 1000 nəfər kişiyə 2016-ci ildə 1007, 2017-cı ildə 1006 qadın düşüb. Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1004, bu il iyunun 1-ə olan məlumata görə isə 1005 qadın düşüb.

  • Əvvəlki

    Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir olub

Digər xəbərlər