USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəşid Mahmudov: “TƏBİB yalan danışır”

06.08.2020 İqtisadiyyat
0 0
“Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər”

Bunu Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O, koronavirus xəstələriylə işləyən həkimlərin maaşlarının verilməməsinə etirazını bildirib:

"TƏBİB həkimlərin çoxunun əmək haqqısını verməyib. Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər. Ən qorxulu, riskli işdir. Buna görə bir çox həkimlərimiz dünyasını dəyişdi. Bunlar elə bilirdilər ki, koronavirus xəstəsi az olacaq, amma bütün xəstəxanalar doldu. Ona görə də elə bildilər ki, 50-100 həkimə əlavə maaş verəcəklər. Demişdilər ki, həkimlərə maaşlarının beş misli veriləcək. Amma məlum oldu ki, TƏBİB yalan danışır. Koronavirus xəstələriylə işləyən həkimlərin hamısının maaşları verilməlidir. Virusun altı növü var və Kovid-19 bunun yeddinci növüdür. Xəstənin toxunduğu yerdə virus beş sutka qala bilir. Həkimlərimizin hər biri ailə başçısıdır, onlar bununla öz ailələrini də axı təhlükə altında qoyurlar. Hər şeyə cavabdeh Səhiyyə Nazirliyi olmalı idi. Bunları nazirliyin tərkibindən çıxarıb TƏBİB-ə verdilər və onların da gördüyü iş göz qabağındadır. TƏBİB ancaq yerdəyişmə etməklə məşğuldur, başqa heç nə bacarmır. Bizim evimizi yıxan da qohum və yerlibazlıqdır. Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır".

Qeyd edək ki, deputat Rüfət Quliyev Lənkərandan olan bir qrup həkimin maaşlarının TƏBİB tərəfindən verilmədiyini bildirib.Moderator

  • Əvvəlki

    “Ünvanlı dövlət sosial yardım alanların da bəziləri iş təkliflərini qəbul etmir” - AÇIQLAMA

Digər xəbərlər