134 illik tarixə malik, İngiltərənin dünya şöhrətli "Rolls Royce" şirkəti, fəaliyyətlərini sadələşdirmə və 2020-ci ilin sonuna qədər ildə 400 milyon funt-sterlinq qənaət etmək planının tərkib hissəsi kimi 4600 nəfəri işdən çıxaracaq
"Kommersant" xəbər verir ki, Şirkətin İcraçı direktoru Uorren East tərəfində elan edilən plana görə, işçi güvvəsi təxminən 10 faiz azaldılacaq və 2020-ci ilə qədər ildə 400 milyon funt-sterlinq qənaət ediləcək.
İşdən çıxarmalar 2018, 2019, 2020-ci illərdə həyata keçiriləcək.
"Rolls Royce", bir müddətdir Trent 1000 mühərriklərindəki kompressor problemi səbəbindən müştərilərilə problem yaşayırdı.
Bu ixtisarın, şirkətin 2001-ci ildə baş verən 11 Sentyabr terror hücumundan sonra aviasiya sektorunda baş verən böhranın ardından ən geniş miqyaslı işdənçıxarma olduğu bildirilir. "Rolls Royce", 2001-ci ildə 5 min adamın işinə böhran səbəbilə son vermişdi.
İxtisar edilənlərin üçdə ikisi, 15 min 700 nəfərini çalışdığı İngiltərənin Derby şəhərindəki ümumi mərkəzdən olacaq, ancaq mühəndislər bu ixtisardan təsirlənməyəcək.
"Rolls Royce"in İngiltərədə 26 min, dünya üzrə 55 min əməkdaşı var.