USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"HB Güvən Klinikası"nda Qarabağ əlilinə xərçəng deyil, sətəlcəm diaqnozu qoyuldu - Xəstə öldü - FOTO

07.08.2020 İqtisadiyyat
0 0
"Atamı 15-20 iyun arası yəni 1 həftə "HB Güvən Klinikası"na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın. Onu doktor Vasif İsmayılın tövsiyyəsi ilə "HB Güvən Klinikası"na apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər. Ödədim. 15 iyunda "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil”. Qaynarinfo xəbər verir ki, bu məlumatı sosial şəbəkə hesabında jurnalist Zamiq Məmmədli paylaşıb. Onun iddiasına görə, Qarabağ əlili olan atasına yanlış verilən dərmanlar mədə qanamasına səbəb olduqdan sonra xəstəxana onu müalicə etmək istəməyib. "HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi... "HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil... 20 iyunda atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.

Atam 26 iyulda vəfat etdi.

1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, (nədənsə revmotestlər??), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar... Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var... "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işgəncə veriblər",- deyə jurnalist bildirib.