USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil Nazirliyi bu təhsil müəssisəsinə direktor təyin edə bilməyəcək

07.08.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

"Kommersant.az"-ın məlumatına görə, peşə təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əmək bazarının tələbatına uyğun peşələr öyrədən, əlavə təhsil verən və ictimai-faydalı əməyə şüurlu münasibəti tərbiyə edən publik hüquqi şəxsdir.

Peşə təhsili müəssisəsi Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən yaradılır.

Peşə təhsili müəssisəsi Təhsil Nazirliyinin tabeliyində qapalı tipli təlim-tərbiyə müəssisəsi kimi fəaliyyət göstərir.

Qüvvədə olan Nizamnaməyə əsasən, Təhsil Nazirliyinin səlahiyyətləri sırasına peşə təhsili müəssisəsinin strukturunun təsdiqi, müəssisənin icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi daxil olub. Dəyişikliyə əsasən, Təhsil Nazirliyi peşə təhsili müəssisəsinin idarəetmə orqanlarını yaradacaq, strukturunu, işçilərinin sayhəddini və əməkhaqlarını (o cümlədən, əməkhaqqına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq edəcək.

Eyni zamanda Təhsil Nazirliyinin səlahiyyətləri sırasına peşə təhsili müəssisəsinin direktoru və direktor müavinlərinin təyin edilməsi istisna olmaqla, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi daxil edilib.