USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cahangir Əsgərovun mülkləri: BANKLAR, HOTELLƏR VƏ S. - SİYAHI

07.08.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi dünən keçirilən müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid etmişdi. Belə ki, ölkə başçısı "AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir?"

"Kommersant.az" xəbər verir ki, bu sözlərdən sonra AZAL şefi Cahangir Əsgərovun mülklərinin siyahısı yayılıb.

✈ Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli;
✈ Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;
✈ Tiflisdə bahalı "Veranda" restoranı;
✈ Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
✈ Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;
✈ İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";
✈ "Premium Bank" ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;
✈ Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
✈ SOROKA LIMITED (Londonda);
✈ Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;
✈ Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
✈ Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;
Gazelli
✈ Londonda "C3 – CIII LIMITED" şirkəti
✈ Türkiyədə "D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED" şirkəti;
✈ Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;
✈ Azərbaycanda "GAZELLİ GROUP"
✈ İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti;
✈ İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
✈ Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
✈ ASC HANDLING LIMITED (Londonda);
✈ AS582 LIMITED (Londonda);
✈ Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
✈ ICLEVERWEB LTD (Londonda);
✈ SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
✈ Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
✈SW ITALIA.

"Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına götürsün sonra biz ödəyək?"- deyə Prezident bildirib.