USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: "İqtisadiyyata indiyədək 250 mlrd dollar sərmayə qoyulub"

15.06.2018 İqtisadiyyat
0 0
"2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb".

"Kommersant" "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi mətbuatda dərc edilən məqaləsində bildirib.

Nazir qeyd edib ki, bu dövrdə sahibkarlara 2 mlrd. manatdan çox kredit verilib: "İndiyədək ölkə iqtisadiyyatına 250 mlrd. ABŞ dollarından çox sərmayə qoyulub, valyuta ehtiyatları 24 dəfə artaraq 44 mlrd. dollara çatıb, son 15 ildə ölkədə 1,9 mln.-dan çox yeni iş yeri açılıb. Maaşlar, təxminən, 7, pensiyalar 10 dəfədən çox artırılıb. İşsizlik 5%-ə, yoxsulluq isə 5,4%-ə enib".

Ş.Mustafayev vurğulayıb ki, son 15 ildə qeyri-neft ixracı 4,1 dəfə artıb.