USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?”

07.08.2020 İqtisadiyyat
0 0
Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib.

"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin: "Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun".

Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?"

DİLİ SEÇ

AZƏRBAYCAN DİLİ

INGİLİS

RUS

INGİLİS

AZƏRBAYCAN DİLİ

RUS