USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karantin rejimi yumuşaldılır - Bu obyektlər açılacaq

07.08.2020 İqtisadiyyat
0 0
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə karantin rejiminin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq respublikanın 13 şəhər və rayonunda sərt karantin rejimi də həmin tarixə qədər artırılıb. Bununla belə, bəzi yumşaldılmalar barədə də qərar verilib. SMS-lə icazənin ləğv edilməsi, çimərliklərdən istifadəyə icazə verilməsi və s. buraya daxildir.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Vüqar İsgəndərov qarşıdakı günlərdə yoluxmaların sayında azalma davamlı olarsa, digər yumşaldılma tədbirlərinin də görülə biləcəyini bildirib:

"Yeri gəlmişkən, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirədəki çıxışında Baş nazir Əli Əsədov da bu məqama xüsusi toxunub. Qeyd olunub ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bu, insanları arxayın salmamalıdır. Yəni, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir.

Həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək".

Redaktor

  • Əvvəlki

    13 min şəxsin birdəfəlik ödəməsi sonradan ləğv edildi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0