Gürcüstan Azərbaycandan yanacaq idxalını azaldıb

15.06.2018
İqtisadiyyat
0
0
Ötən ay Gürcüstan Azərbaycandan 15,9 min ton benzin və dizel yanacağı idxal edib.
"Kommersant"ın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla verdiyi xəbərə görə, bu həcm aprel ayı ilə müqayisədə 5 min ton azdır.
May ayında qonşu ölkənin idxal etdiyi benzin və dizel yanacağının 15,9%-i Azərbaycanın payına düşüb.
Ötən ay Gürcüstan ümumilikdə 101,1 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da aprel ayı ilə müqayisədə 12,8 min ton çoxdur. İdxal olunmuş neft məhsullarının 43,1 min tonu benzin, 57 min tonu isə dizel yanacağı olub.
May ayında Gürcüstan Azərbaycanla yanaşı, ən çox Rumıniya (27,3 min ton), Rusiya (25,8 min ton), Türkmənistan (19 min ton), Yunanıstan (6,1 min ton) və Bolqarıstandan (5,9 min ton) neft məhsulları idxal edib.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0