ABŞ Prezidenti Donald Tramp “CBS Nyus”un müxbirinin gözlənilməz sualından sonra mətbuat konfransını tərk edib.
"Kommersant.az" xəbər verir ki, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib.
Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra müxbir Paula Rid prezidentin yalan məlumat verdiyini, sözügedən layihənin 2014-cü ildə qəbul edildiyini bildirib.
Tramp digər jurnalistə söz verməyə çalışsa da, P.Rid sualını təkrar edərək prezidentin sözünü kəsib.
Ardınca isə Tramp mətbuat konfransını sonlandıraraq zalı tərk edib.