USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiya paytaxtın qida sənayesinə necə təsir etdi? - ŞƏRH

11.08.2020 İqtisadiyyat
0 0
"Azərbaycanda katantin dövründə heç bir müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulmayıb”.

Bunu açıqlamasında iqtisadçı ekspert Samir Əliyev pandemiya dövründə Azərbaycanda qida sənayesi müəssisələrində istehsalın fəaliyyətindən danışarkən deyib. Onun sözlərinə görə, pandemiya dövründə əsas məqsəd ərzaq təhlükəsizliyini təmin etmək idi:

"Ərzaq və dərman preparatları ilə bağlı nəinki hər hansı bir məhdudiyyət tətbiq edilmədi, hətta məyyən qədər şirkətlərə qeyri-rəsmi tapşırıqlar verildi ki, maksimim dərəcədə çoxlu ərzaq malları idxal edin. Əsas məqsəd ərzaq təhlükəsizliyini təmin etmək idi. Karantin dövründə hər hansı bir problemin qarşısını almaq üçün bu addımların atılması lazım idi. Hökümət bu məsələdə çox cəld tərpəndi. Biz mağazalarda ərzaq qıtlığını hiss eləmədik. Düzdür, dərman preparatlarında qıtlıq hiss olundu, amma ərzaq məhsullarında heç bir problem yaşanmadı. Bunun da başlıca səbəbi idxalla bağlı problemin olmamasıdır. Bizim həm də kifayət qədər daxili ərzaq istehsalımız var. Ət, süd məhsulları və s. Azərbaycanda kifayət qədər müəssisələr var ki, məhsul istehsal edir".

Samir Əliyev qeyd edib ki, Azərbaycanda yerli istehsalın özü də xarici ölkələrdən asılıdır:

"Xammal və xammal komponentləri var, rənglərdən tutmuş indikatorlara kimi xarici ölkələrdən gətirilir. Bu baxımdan idxala olan məhdudiyyətin olmaması, yaşıl işığın yandırlması həm də bizim yerli istehsala dəstək oldu. Yerli istehsal fasiləsiz olaraq işlədi. Katantin dövründə hansısa müəssisənin fəaliyyətinə məhdudiyyətin qoyulmasına rast gəlmədim. Problem yaranmadı, hətta ərzaq mağazaları tam işlədi. Hətta bir ara insanlar panikaya düşdü, normadan artıq ərzaq aldı. Sonra başa düşdülər ki, Azərbaycanda yetərincə ərzaq tədarükü var. Hökümət bu istiqamətdə işini düzgün qurdu".

Qaynarinfo