USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı Belarusu sanksiya ilə hədələdi

12.08.2020 İqtisadiyyat
0 0
“Biz Belarusun siyasi rəhbərliyini gələcəkdə zorakılığın qarşısını almaq üçün cəmiyyətin geniş təbəqələri ilə əsl hərtərəfli dialoq qurmağa çağırırıq. Avropa İttifaqı demokratik, müstəqil, suveren, çiçəklənən və sabit Belarusun dəstəyini davam etdirəcək”.

"Kommersant.az" xəbər verir ki, bu barədə Avropa İttifaqının 27 ölkəsinin XİN başçıları ilə razılaşdırılmış bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərində zor tətbiqi, nəticələrin saxtalaşdırılması, əsassız həbslərə görə məsul şəxslərə qarşı tədbirlər görə bilər.

Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin açıqladığı bəyanatda bildirilir ki, hakimiyyət etirazçılara qarşı qeyri-mütənasib və qəbuledilməz zorakılıq tətbiq edib: "Bundan başqa, yerli müşahidəçilərin etibarlı hesabatları seçki prosesinin beynəlxalq standartlara uyğun olmadığını göstərir. Brüssel məhz bunun fonunda Belarus hakimiyyətinin hazırkı vəziyyətin nizamlanması ilə bağlı hərəkətlərini qiymətləndirəcək və Aİ-nin Belarusla münasibətlərinin dərin təhlilini aparacaq".

Bəyanatda vurğulanır ki, Belarusda insan hüquqları və qanunun aliliyi sahəsində irəliləyiş olmadan, Avropa İttifaqı və Minsk arasında münasibətlər pisləşə bilər. Həmçinin, bəyan ediblər ki, Aİ respublikada xalq etirazları ətrafında vəziyyətin inkişafını diqqətlə izləyəcək, hakimiyyətin hərəkətlərini qiymətləndirəcək və Minsklə münasibətlərini təhlil edəcəklər. /Modern.az